Qız Qalası muzeyinə ekskursiya təşkil edilmişdir
9 Aprel 2024 14:46
Bakı Dövlət Universiteti Kimya və Coğrafiya fakültələri Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə Qız Qalası muzeyinə ekskursiya edilmişdir.
Azərbaycanın tarixi memarlıq abidəsi olan Qız Qalası "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu dünya əhəmiyyətli abidələr sırasına daxildir. 2000-ci ildə İçərişəhər Bakı Qalası və Qız Qalası birgə UNESCO-nun Ümumdünya İrs siyahısına salınmışdır. Bu cür əhəmiyyətli memarlıq abidələrimizin tarixinin öyrənilməsi hər bir gəncin borcudur. Ekskursiya zamanı tələbələr Qız Qalasının yaranma tarixi, abidənin özünəməxsus memarlığı, onun qorunması üçün görülən işlər və yenidən bərpası barədə məlumat almışlar. Qız Qalası muzeyində yaradılmış maketlərlə tanış olan tələbələr “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında maraqlı faktlar öyrənmişlər.
Son XƏBƏRLƏR
06.10.2025 | 16:03
Bakı XI Beynəlxalq Kitab Sərgisinə ekskursiya təşkil olunub
03.10.2025 | 14:10
4 oktyabr – Cəbrayıl Gününə həsr olunmuş tədbir keçirildi
03.10.2025 | 11:54
“Müəllim: Gələcəyin Memarı” adlı tədbir keçirilib
01.10.2025 | 10:03
Üzvi kimya kafedrasında elmi seminar keçirildi
29.09.2025 | 10:36