Qurbanlı Nərminin təqdimatında elmi seminar keçirildi
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş elmi seminar keçirilmişdir. Kafedranın I kurs magistrantı Qurbanlı Nərmin Zəfər qızı “Halogenlər mövzusunun akmeoloji interaktiv tədrisi” mövzusunda məruzə etmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri, prof.Xəlil Nağıyev iştirakçıları salamlamış, kafedrada görülən işlər və elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Qurbanlı Nərmin halogenlər mövzusunun akmeoloji interaktiv tədrisi” müasir təhsil yanaşmalarına əsaslanan və şagirdlərin yaradıcı, tənqidi və məntiqi təfəkkürünü inkişaf etdirməyə yönəlmiş aktual pedaqoji istiqamətdir. Akmeoloji yanaşma şagirdin maksimum inkişaf səviyyəsinə çatmasını, onun potensial imkanlarının üzə çıxarılmasını və fərdi bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşmanın kimya fənnində, xüsusilə halogenlər mövzusunun tədrisində tətbiqi şagirdlərin fənnə marağını artırır və mövzunun daha dərindən mənimsənilməsinə şərait yaradır. Halogenlər – flüor, xlor, brom, yod və astat – yüksək kimyəvi aktivliyə malik elementlər olub, gündəlik həyat, sənaye və biologiyada mühüm rol oynayırlar. Mövzunun interaktiv üsullarla tədrisi zamanı şagirdlər qrup işləri, debatlar, təcrübələr, rəqəmsal təqdimatlar və problem əsaslı tapşırıqlar vasitəsilə bilik əldə edirlər. Bu metodlar şagirdlərin dərsdə fəallığını artırır, onların kommunikasiya və əməkdaşlıq bacarıqlarını inkişaf etdirir. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.