Tələbələrimiz Radiasiya Problemləri İnstitutunda
Kimya fakültəsinin IV kurs KMH011A qrupunun tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçirlər. Təcrübə zamanı tələbələr müasir cihazlarla təchiz olunmuş “Ətraf mühitin radiasiya kimyası”, “Polimerlərin radiasiya kimyası və texnologiyası”, “Polimer və elektroaktiv materialların radiasiya fizikası”, “Radiobiologiya” labobatoriyaları və Yüksək Texnologiyalar Parkındakı Qamma şüalandırma mərkəzində tədqiqat işləri aparırlar. Alınmış nəticələrin müzakirəsində institutun yüksək ixtisaslı kadrları və “Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının əməkdaşları tələbələrə yaxından köməklik göstərirlər.