Qeyri-üzvi materialşünaslıq ETL-in növbəti Elmi seminarı keçirilib
Kimya fakultəsinin Ümumi və qeyri-üzvi kimya kafedrası nəzdində fəaliyyət göstərən “Qeyri-üzvi materialşünaslıq” ETL-nin elmi işçisi Aysel Rəhimovanın təqdimatında “Azometin birləşmələri sintezi, antimikrob xassələrinin öyrənilməsi” mövzusunda elmi seminar keçirilmişdir.
Seminarda Aysel Rəhimova qeyd etmişdir ki, azometinlər əsasında sintez edilmiş metalkomplekslər antimikrob, antioksidant və korroziyaya qarşı yüksək effektivliyə malikdirlər. Müxtəlif komplekslərin strukturdan asılı olaraq, bakterisid və funqisid xassələri dəyişir. Liqandlarla müqayisədə komplekslərin daha yüksək göstəricilərə malik olması müəyyənləşdirilmişdir. Sintez olunmuş birləşmələr hətta ən kiçik qatılıqda belə yüksək göstəricilərə malikdir. Bundan əlavə aldığımız koordinasiyon birləşmələr biodavamlılığa malikdirlər.
Məruzəçi həmçinin çıxışında sintez etdiyi maddələrin polifunksional olduğunu, antioksidləşdirici və antikorroziya xassələrini öyrəndiklərini qeyd etmişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.