RESPUBLİKA GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR
28.05.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsində tələbə təşkilatlarının – Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsinin ortaq təşəbbüsü ilə 28 May – Respublika Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kİmya fakültəsinin dekanı professor Abdulsəyid Əzizov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şanlı səhifələrindən biri olduğunu bildirmiş və 44 günlük Vətən Müharibəsində rəşadətli ordumuzun qazandığı zəfərdən danışıb. Tədbirdə dekan müavini Taleh Qəhramanov, Fiziki və kolloid kimya kafedrasının müdiri Eldar Əhmədov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, Qeyri-üzvi materialşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aysel Rəhimova Azərbaycan Xalq Cümhuruyyətinin tariximizdə yeri və rolundan, əhəmiyyətindən, dövlət quruculuğu istiqamətində görülən işlərdən danışıblar.
Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin sədri İsa İsayev, fakültənin birinci kurs tələbələri - Əzizə Fərəcova və Ayşə Qocazadə 28 may - Respublika Günü ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirdə Respublika Günü ilə bağlı videoçarx nümayiş olunub.