"Şəhərsalma siyasəti və müasir yanaşmalar” mövzusunda tədbir keçirildi
15 May 2026 09:34
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Heydər Əliyev: "Şəhərsalma siyasəti və müasir yanaşmalar” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ölkədə şəhərsalma siyasətinin formalaşdırılması və inkişafında oynadığı mühüm rol, bu istiqamətdə həyata keçirilmiş strateji layihələr və urbanizasiya proseslərinin sistemli təşkili məsələləri müzakirə olunmuşdur. Çıxışlar zamanı qeyd olunmuşdur ki, Ümummilli Liderin müəyyən etdiyi şəhərsalma konsepsiyası bu gün də müasir yanaşmalarla uzlaşaraq ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Bakı şəhərinin müasir memarlıq simasının formalaşmasında həmin siyasətin təsiri xüsusi vurğulanmışdır. Tədbir çərçivəsində tələbələr mövzu üzrə fikir mübadiləsi aparmış, şəhərsalma sahəsində davamlı inkişaf, planlaşdırma və müasir urbanistik yanaşmalar barədə müzakirələr etmiş, videoçarx nümayiş etdirilmişdir. Sonda tədbirin əhəmiyyəti qeyd olunaraq belə maarifləndirici görüşlərin gənclərin elmi dünyagörüşünün genişlənməsində mühüm rol oynadığı bildirilmişdir.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20