Şəhid ailəsinə diqqət
Bakı Dövlət Universiteti kimya fakültəsinin tələbələrindən daha bir nümunəvi addım! Belə ki, SABAH qruplarında təhsil alan Arzu Süleymanovanın şəhid və qazi ailələri üçün başlatdığı kompaniya nəzdində növbəti görüş keçirilib. Kimya fakültəsinin bir qrup tələbələri ilə birlikdə 20 yaşlı Şəhid Rövlan Məmmədovun ailəsi ziyarət olunub, ana və atanın qayğıları ilə maraqlanmış, ərzaq yardımı etmişlərdir. KM020S tələbəsi Arzu xanım bildirib ki, ailənin maddi durumu zəifdir. Sağlığında Rövlanın qazancı ilə anası Solmaz xanımın müalicə xərcləri qarşılanırdı. Qeyd edib ki, o, qaraciyər xəstəliyindən əziyyət çəkir. Solmaz xanımın müalicəsini öhdəsinə götürə bilən həkim bacı-qardaşlarımız varsa, xaişimiz budur ki, anamızın müalicəsində köməklik göstərsinlər. Hazırda Rövlan Məmmədovun əziz xatirəsinə xatirə bulağı tikilir. Ziyarət zamanı tələbələr şəhid ailələrinin hər zaman diqqət mərkəzində olmalarını, onlara hər zaman mənəvi dayaq olmalarını özlərinə mənəvi borc bildiklərini, hər bir vətəndaşın etməli olduğu vəzifə olduğunu vurğulamışdılar.