SOCAR POLYMER zavodunun əməkdaşları ilə görüş
13 yanvar 2022-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi ilə SOCAR POLYMER zavodunun əməkdaşları arasında görüş keçirilib. Görüşdə Kimya fakültəsinin dekanı vəzifəsini icra edən Fuad Kərimli, Neft kimyası və kimya texnologiyası kafedrasının kafedra müdiri İbrahim Məmmədov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov, SOCAR POLYMER zavodunun baş direktoru Fuad Əhmədov və zavodun Rusiya üzrə təmsilçisi Qabil Mikayılov iştirak ediblər.
Görüşdə Kimya fakültəsinin fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fuad Kərimli təhsil sahəsində həyata keçirilən islahatlar, elm, təhsil və sənayenin qarşılıqlı əlaqəsi və Kimya fakültəsinin əməkdaşlıq imkanları haqqında məlumat verib.
Fuad Əhmədov zavod haqqında geniş məlumat verib. BDU-nun Kimya fakültəsinin Kimya və Kimya mühəndisliyi ixtisasının tələbələri üçün bakalavr və magistr səviyyələrində istehsalat təcrübəsinin əhəmiyyətindən və zavodda yaradılacaq şəraitdən söz açıb.
Gələcək əməkdaşlıq üçün fəaliyyət planı mükazirə edilib. Zavodla yaxından tanışlıq üçün laboratoriyalar, idarəetmə mərkəzi və zavodun ümumi ərazisinə baxış keçirilib.