"SÖZ ADAMLARI İLƏ GÖRÜŞ" LAYİHƏSİNİN NÖVBƏTİ GÖRÜŞÜ
04.05.2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "Nizami Gəncəvi ilinə həsr olunmuş söz adamları ilə görüş" layihəsinin növbəti onlayn görüşü baş tutmuşdur. Görüşün qonağı yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti" Varis Yolçuyev olmuşdur. Görüş Kimya fakültəsi I kurs tələbəsi Mikayılzadə Röyanın moderatorluğu ilə keçirilmişdir. Görüşdə Kimya fakültəsinin dekan müavini Fuad Kərimli Varis Yolçuyevə öz səmimi minnətdarlığını bildirmişdir. Görüşün sonrakı mərhələsində Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli görüş haqqında öz təəssüratlarını bölüşmüşdür. Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşmışdır.