Tahir Cavadzadənin kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün elmi seminarı keçirildi
17 iyul 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının sabiq doktorantı Tahir Cavadzadənin “Bəzi azot və kükürd atomu saxlayan heterotsiklik birləşmələrin keçid metal komplekslərinin alınması, analitik və bioloji tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün elmi seminarı keçirildi. Seminarda çıxış edən Tahir Cavadzadə yeni tiokarbamid törəmələrinin alınması və onların müxtəlif keçid metal komplekslərinin sintezinin elmi əhəmiyyəti haqqında məlumat vermişdir. Doktorant sintez olunmuş kompleks birləşmələrin bir sıra nəzəri parametrlərinin həmçinin bioloji, antioksidant və analitik xassələrinin tədqiqi nəticələri və bunlar arasındakı əlaqə haqqında məlumat verərək bunların real obyektlərdə uğurla tətbiq olunduğunu qeyd etdi. Seminar sualların cavablandırılması ilə yekunlaşdı.