"Təbiət və təhsil: Beynəlxalq imkanlar" adlı seminar-təlim keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi nəzdində fəaliyyət göstərən "ChemXplorers" klubunun təşkilatçılığı ilə "Təbiət və təhsil: Beynəlxalq imkanlar" adlı seminar-təlim keçirilmişdir. Tədbirdə klub sədri Nailə Tağıyeva təbiət elmlərinin əhəmiyyəti, kimya sahəsinin müxtəlif istiqamətləri və bu sahələrdəki tədqiqat imkanları barədə ətraflı məlumat verib. Təlimdə təbiət və təhsil əlaqələri, təbiət elmlərinin tədrisdə rolu, ekoloji şüur və onun bu istiqamətdəki təsiri müzakirə edilib. Daha sonra fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov könüllülük və sosial fəaliyyətlərinin bu sahədə bilik və bacarıqların inkişafına təsirindən bəhs etmişdir. Təlim iştirakçılarla xatirə şəkli çəkilərək sonlanmışdır.