TEC-in növbəti elmi seminarı keçirilmişdir
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) “Turşular və əsaslar mövzusunun çevik yanaşma ilə tədrisi” haqqında növbəti elmi seminar keçirilmişdir. Seminar ikinci kurs tələbəsi Elyasova Jalə tərəfindən təqdim olunub. Seminarın məqsədi bu mövzunun şagird və tələbələrə daha maraqlı, interaktiv və yaradıcı şəkildə çatdırılması yollarını müzakirə etmək olmuşdur. Seminarda çevik zəka yanaşmasının tədrisdə rolu, üstünlükləri və tətbiq metodları təqdim edilmişdir. İştirakçılara turşular və əsaslar mövzusunu təcrübə, oyun və tapşırıqlar vasitəsilə daha effektiv izah etmə yolları nümayiş etdirilmişdir. Seminar zamanı innovativ tədris üsulları nümunələrlə izah olunmuş, müzakirələr aparılmışdır. Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.