Tədris-istehsalat təcrübələrin yekunları
Kimya fakültəsində “Kimya” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin tədris-istehsalat təcrübələri yekunlarına həsr olunmuş görüş keçirilmişdir. Görüşdə fakültə dekanı Fuad Kərimli çıxış edərək yekun nəticələr, gələcək perepektivlər haqqında danışmışdır. Eləcə də dekan bildirmişdir ki, kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması, tələbələrin bu işdə aktiv iştrakı ölkəmizdə, eləcə də BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu adımlardan biridir. Sonra Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov dörd ay davam edən təcrübədən müasir kimyanın aktual problemləri, o cümlədən yağlar, soyuducu mayelər, yağlara-yanacaqlara əlavələr, sürtkü materialları, neft kimyası və neft-kimyəvi sintez, filiz xammalı, nanotədqiqatlar, biomimetik sensorlar, katalizatorlar, tətbiq əhəmiyyətli yeni materiallar istiqamətlərində əldə olunan biliklər, yekunlara aid tələbələrin hazırlayaraq təqdim etdikləri materiallar ətrafında müzakirələr aparmışdır.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırmışdır.