Tələbələrimiz Azərbaycan Milli İncəsənət muzeyində ekskursiyada
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət muzeyinə ekskursiya təşkil edilmişdir. Azərbaycanın ən böyük incəsənət muzeyinə ekskursiya zamanı tələbələr muzeyin zəngin və müxtəlif tarixi dövrləri özündə əks etdirən maddi mədəniyyət nümunələrinin sərgiləndiyi ekspozisiyalar ilə tanış olmuşlar. Eksponatlarla tanışlıq zamanı bələdçi bildirmişdir ki, muzey XIX əsrdə inşa edilmiş iki binadan - “De Burun sarayı” və “Mariinski Qadın Gimnaziyası”-dan ibarətdir. Tələbələr hər iki binada yerləşən keçmiş dövrləri özündə əks etdirən eksponatlarla tanış olmuş, müxtəlif rəsm əsərlərinə və tablolara nəzər yetirmişlər.