Tələbələrimiz Çin Xalq Respublikasının Pekin Kimya Texnoligiyaları Universitetinə göndərilib
-lg.jpg)
Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq Respublikasının Pekin Kimya Texnologiyası Universiteti (PKTU) arasında Kimya ixtisası üzrə bakalavriat səviyyəsində ikili diplom proqramına dair müqavilə imzalanıb. Sözügedən ikili diplom proqramı ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetlərin beynəlxalq elm və təhsil məkanında rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin mühüm nəticəsidir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, Kimya ixtisası üzrə bakalavriat səviyyəsində birgə tədris proqramı həyata keçiriləcək, proqram beynəlxalq akademik standartlara uyğunlaşdırılacaq və tələbələrə hər iki universitetin diplomunu əldə etmək imkanı yaradılacaq. Bu əməkdaşlıq müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına xidmət edəcəkdir. Bakı Dövlət Universiteti və Pekin Kimya Texnologiyası Universiteti arasında imzalanmış Kimya ixtisası üzrə ikili diplom proqramına dair müqaviləyə əsasən tələbələrimiz Çin Xalq Respublikasının Pekin Kimya Texnoligiyaları Universitetində təhsillərini davam etdirəcəklər. Yolunuz açıq, uğurlarınız bol olsun.