Tələbələrimiz Heydər Əliyev Muzeyinə ekskursiya ediblər
8 Oktyabr 2024 14:10
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr Bakı Dövlət Universitetində Heydər Əliyev Muzeyinə ekskursiya ediblər. Onlar muzeydə dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Muzeyin bələdçiləri tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, dövlətimizin və ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətləri özündə əks etdirən fotoşəkil və müxtəlif eksponatlar haqqında tələbələrə ətraflı məlumat verib. Ekskursiyanın sonunda xatirə fotoşəkili çəkilib.
Son XƏBƏRLƏR
02.11.2026 | 16:31
Bir qrup müəllim və şagirdinin Kimya fakültəsinə ekskursiyası təşkil olunub
02.11.2026 | 16:24
“Xarı bülbülün zəfər nəğməsi” adlı tədbir keçirilib
30.10.2026 | 16:26
Üzvi kimya kafedrasının əməkdaşlarının elmi-tədqiqat layihəsi müsabiqənin qalibi olub
28.10.2026 | 13:57
8 Noyabr - Zəfər Gününün 6-cı il dönümü münasibəti ilə Hərbi Memorial Məzarlığa yürüş keçirilib
27.10.2026 | 13:17