Tələbələrimiz "Milla" süd məhsulları zavodunda
24 Oktyabr 2022 10:00

21.10.2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə tələbələrimiz "Milla" süd məhsulları zavodunu ziyarət ediblər.
Tələbələr südün emalı və qablaşdırılması prosesi ilə tanış olublar. Ultra-yüksək temperaturda pasterizə edilmiş süd və süd məhsulları qablaşdırılması prosesi izah olunub. Zavodda müxtəlif çeşidli süd və süd məhsullarının istehsal prosesi bağlı məlumatlar verilib. Zavodda ağartı məhsullarının tərkibinin və keyfiyyətinin standartlara uyğunluğunu müəyyənləşdirən müasir laboratoriya ilə tələbələr tanış olublar.
Sonda isə zavodun fəaliyyəti ilə bağlı tələbələrə təqdimat nümayiş etdirilib. Nümayiş interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb. Tələbələrin sualları cavablandırılıb.
Son XƏBƏRLƏR
30.06.2026 | 21:11
Kimya fakültəsində bakalavriatura səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır
30.06.2026 | 20:54
İkili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub
24.06.2026 | 21:45
BDU QİDA KİMYASI ÜZRƏ MÜTƏXƏSSİS HAZIRLIĞINA BAŞLAYIR
03.06.2026 | 15:16
Kimya fakültəsinin tələbələri Xankəndi və Şuşa şəhərlərinə təşkil olunan ekskursiyada fəal iştirak ediblər
25.05.2026 | 11:29