Tələbələrimiz pedaqoji təcrübədə
Kimya fakültəsinin 2022/2023-cü tədris planına əsasən IV kurs “Kimya müəllimliyi” ixtisası üzrə azərbaycan və rus bölmələrinin tələbələrinin fevral ayının 16-dan mayın 25-dək BDU-nun nəzdində Gənc İstedadlar Liseyində və Bakı şəhəri 1, 8, 135, 19, 176, 53 və 20 saylı tam orta məktəblərdə müvəffəqiyyətlə pedaqoji təcrübə keçirlər. Hər gün metodistlər tərəfindən davamiyyəti yoxlanılan təcrübəçi tələbələr 2 həftə müddətində passsiv təcrübə müddətini başa vurduqdan sonra aktiv şəkildə dərslər aparır. Dərslərə çox böyük həvəslə yanaşan tələbələr öyrəndiklərini tətbiq etməklə yanaşı, universitetdə təhsil aldığı dövrdə öyrəndiyi müasir təlim texnologiyalardan uğurla istifadə edirlər. Pedaqoji təcrübə zamanı tələbələr təlim-tərbiyə işini planlaşdırmaq, dərslərin, məşğələlərin konspektlərini tərtib etmək, müxtəlif mövzularda tədbirlər təşkil etmək və keçirmək, İKT bacarıqlarını istifadə etmək, tərbiyəvi işin müxtəlif formalarına rəhbərlik etmək, pedaqoji təbliğat aparmaq, valideynlərlə işin aparılmasını, təlim-tərbiyəvi işin müşahidə olunması və təhlil edilməsi üzrə bacarıq və vərdişlər əldə edirlər. Tələbələrimizin qazandığı pedaqoji bilik, bacarıq və vərdişlər, müəllimin pedaqoji ustalığının əsasları, onların yüksək ixtisaslı kimya müəllimləri kimi yetişməsində mühüm əhəmiyyət kəsb edəcək.