Tələbələrimiz pedaqoji təcrübədə
2023-2024-cü tədris planına uyğun olaraq Kimya fakültəsinin “Kimya müəllimiyi” ixtisası üzrə IV kurs Azərbaycan və rus bölmələrinin tələbələri fevral ayının 19-dan metodist-müəllimlər Arzu Paşayeva, Lalə Nəsibova, Esmira Rəsulova, Gülnar Mirbağırova, Nəzakət Məlikyeganova, Rəhman Fətullayev və Günel Məmmədovanın rəhbərlikləri ilə BDU-nun nəzdində Gənc İstedadlar liseyi, 20, 8, 135, 19, 176, 60 və 53 saylı məktəblərdə müvəffəqiyyətlə pedaqoji təcrübə keçirlər.
Hər gün metodist-müəllimlər tərəfindən davamiyyəti yoxlanılan təcürbəçi tələbələr dərslərə böyük həvəslə yanaşır. Tədris prosesində İKT tətbiqetmə, kospekt tərtibetmə, dərsi planlama və düzgün təşkili bacarıqları ilə yanaşı təhsilalanlarla tərbiyə işinin aparılması, inkişafetdirici treninqlər və valideynlərlə işi yaxından öyrənirlər.
Təcrübəyə yeni başlayan tələbələr praktikada 2 həftə ərzində passiv şəkildə iştirak edirlər.
06.03.24-11.03.24 tarixlərində təcrübəçilər 8, 53 saylı orta məktəblərin və Gənc İstedadlar litseyinin 7, 8, 9, 10, 11-ci siniflərində də “Типы Окислительно-восстановительных реакций”, “Вычисления по химическим уравнениям”, “Скорость химических реакций”, “Tsikloalkanların kimyəvi xassələri”, “Fosforlu və kaliumlu gübrələr”, “Oksidləşmə-reduksiya reaksiyslarının əmsallaşdırılması”, “Kimyəvi tarazlıq”, “Kimyəvi tarazlığa təsir edən amillər” mövzularında dərsləri dinləmişlər. Gənc istedadlar litseyinin təcrübəçiləri isə 7 və 8-ci siniflərdə KSQ-ni aparmışlar.