Tələbələrimiz “Qarabağ Azərbaycandır” adlı beynəlxalq konfransda iştirak ediblər
Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Paşayeva Arzu Əbülfət qızının rəhbərliyi ilə III kurs KML061A qrupunun tələbələri Nəzrin Xəlilzadə Fəyyaz qızı, Maya İsrafilova Rəşad qızının “Kimya dərslərində kimyəvi eksperimentə müasir yanaşmalar” adlı məqalə Eskişehirdə (Türkiyə) keçirilən “Qarabağ Azərbaycandır” adlı beynəlxalq konfransda dərc edilmişdir.
Bu məqalədə hazırkı müasir dövrdə orta məktəbdə kimya fənninin tədrisin və təliminin keyfiyyətinə təsir edən amillərin - kimyəvi təcrübələr və eksperimentlərin aparılmasının əhəmiyyəti yer almışdır. Kimyanın tədrisində şagirdlərin kimyadan aldıqları nəzəri biliklərin kimyəvi eksperimentlər və təcrübələr vasitəsilə əyani olaraq təsdiqini tapması prosesi baş verir və bu da xüsusi önəm daşıyır. Burada toxunulan əsas məsələlər məhz kimyanın tədrisində yüksək effektliliyə malik olan pedaqoji texnologiyaların əsas elementlərini əhatə edən kimya təcrübələri və eksperimentlərinin təlim-tədris proseslərində oynadığı əhəmiyyəti özündə ehtiva edir.