Tələbələrimiz tədris-istehsalat təcrübəsində
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin akad. Ə.Quliyev adına Aşqarlar kimyası institutu, M.Nağıyev adına Kataliz və qeyri-üzvi kimya institutu və Y.Məmmədəliyev adına Neft kimya prosesləri institutunda tədris-istehsalat təcrübələri uğurla davam edir. Tələbələr mayın sonuna qədər bu institutlarda müasir kimyanın aktual problemləri, o cümlədən yağlar, soyuducu mayelər, yağlara-yanacaqlara əlavələr, sürtkü materialları, neft kimyası və neft-kimyəvi sintez, filiz xammalı, nanotədqiqatlar, biomimetik sensorlar, katalizatorlar, tətbiq əhəmiyyətli yeni materiallar istiqamətlərində təcrübi biliklər toplayacaqlar. Kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə aktiv iştrakı ölkəmizdə, eləcə də BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu adımlardan biridir.
İnstitut rəhbərlikləri ilə görüşlərdə yaratdıqları şəraitə görə Bakı Dövlət Universitetinin rəhbərliyinin təşəkkürləri bildiririlmişdir!