Tələbələrimizin tədris-istehsalat təcrübələri
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya” ixtisası üzrə təhsil alan IV kurs K56A, K59A qrup tələbələrinin tədris-istehsalat təcrübələri uğurla başa çatmışdır. Tədris-istehsalat təcrübələrində tələbələr funksional materiallar, nanostrukturlaşdırılmış katalizatorlar, maqnetiklər və keçiricilər, kompozisiya örtük materialları, biomimetik sensorlar və s. istiqamətlərdə aparılan elmi araşdırmalarla yaxından tanış olmuşdurlar.
Tədris-istehsalat təcrübəsinin yekunu olaraq institutun diektoru akademik Dilqəm Tağıyev seçilən tələbələrlə görüş keçirmiş və onlara sertifikatlar təqdim etmişdir.
Yaratdıqları şəraitə və diqqətə görə institut rəhbərliyinə öz təşəkkürümüzü bildiririk!