Tələbələrimizin tədris-istehsalat təcrübəsində
Kimya fakültəsinin “Kimya” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda tədris-istehsalat təcrübələri uğurla davam edir. Tələbələr may ayının sonuna qədər bu institutun laboratoriyalarında fiziki-kimyəvi (instrumental analiz) analiz metodları ilə işləmək bacarıqlarını daha da təkmilləşdirəcək, ölkəyə idxal olan, ölkədən xaric olunan hər növ qida məhsullarının, qida əlavələrinin, dərman preparatlarının, kübrələrin, baytarlığa aid olan idxal və ixrac olunan bütün məhsulların, bitkiçilik, kənd təsərrüfatı məhsullarının analizi, kimyəvi müayinəsi istiqamətlərində təcrübi biliklər toplayacaqlar. Kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə aktiv iştrakı ölkəmizdə, eləcə də BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu adımlardan biridir.