Tələbəmiz Fərdi Qrant Müsabiqəsinin qalibi olub
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev Azərbaycan Respublikası Gənclər fondunun maliyyə dəstəyi ilə həyəta keçirilən “İdeanı Reallaşdır 2022” Gənclərin Fərdi Qrant Müsabiqəsinin qalibi olmuşdur. “Hidrogellərin sintezi və Ağıllı Suvarma Sistemi” mövzusunda 3 günlük təlim təşkil olunmuşdur. Təlimin ilk 2 günündə lahiyənin elektronika, proqramlaşdırma və kimya hissəsi lahiyə rəhbəri İsa İsayev və Tələbə Elmi Texniki Yaradıcılıq Mərkəzinin direktoru, təlimçi İlyas Nəsibov tərəfindən həyata keçirilmişdir. Lahiyənin əsas məqsədi sintez etdiyimiz Super Absorbent Polimerlərin və hazırladığımız ağılı suvarma sisteminin birləşdirilərək quraq ərazilərdə susuzluğu minimuma endrimək, məhsuldarlığı isə artırmağa nail olmaqdır. Belə ki, qurulan sistem nəmlik sensoru vasitəsi ilə torpaqdakı nəmliyi müəyyən edərək məlumatı ”Arduino UNO R3” çipinə ötürür. Növbəti mərhələdə əldə olunan datalara uyğun olaraq suvarma sistemi işə düşür. Torpaqdakı nəmlik faizi əvvəlcədən sistemə verilən standat dəyərə çatdıqda suvarma sistemi avtonom şəkildə dayanır. Bütün bu proseslərin uzaqdan idarəsi “SİM 900 GSM” üzərindən həyata keçirilir. Sintez etdiyimiz Super Absorbent Polimerlər tərkində su saxlayaraq, quraqlıq vaxtlarında bitki özünə lazım olan suyu bu polimerlərdən alır. Qeyd etmək lazımdır ki, Super Absorbent Polimerlər parçalanarkən bitkilərə zərər verməməklə yanaşı bitki üçün faydalı gübrələrə çevrilir. Təlimin 3-cü günü isə lahiyə tətbiq olunması üçün sahibkara təqdim olunmuşdur. Beləliklə lahiyənin xətaları hesablanmış və səmərəlilik dəyəri ölçülmüşdür.