Tələbəmizin məqaləsi Beynəlxalq konfransda
12 May 2025 10:59

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Kimya müəllimliyi" ixtisası üzrə lI kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin (TEC) fəal üzvü Elyasova Jalə Elçin qızının və elmi rəhbərləri Kimyanın Tədrisi Metodikası kafedrasının müdiri, professor Xəlil Nağiyev və həmin kafedranın müəllimi Arzu Paşayeva ilə birgə müəllif olduqları "Organization and implementation of laboratory works in chemistry for 8th grade" adlı məqalə Ukraynada keçirilmiş beynəlxalq elmi konfransda uğurla təqdim olunmuş və "Current Chemical Problems" adlı nüfuzlu konfrans materialları toplusunda dərc edilmişdir. Tələbəmizi bu əlamətdar elmi nailiyyəti münasibətilə təbrik edir, ona gələcək elmi fəaliyyətində davamlı uğurlar və daha böyük nailiyyətlər arzulayırıq!
Son XƏBƏRLƏR
16.03.2026 | 12:22
“Baharın rəngləri” adlı bayram tədbiri keçirildi
13.03.2026 | 14:00
Fiziki və kolloid kimya kafedrasının magistrantının elmi seminarı keçirildi
12.03.2026 | 10:47