“Təqdimat və Natiqlik Bacarıqları” mövzusunda tədbir keçirilib
5 May 2026 14:45

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və CareerPlus klubunun birgə əməkdaşlığı çərçivəsində tələbələr üçün “Təqdimat və Natiqlik Bacarıqları” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Görüşün qonağı Rəfiqə Nurəliyeva olub. O, ABB-nin işəgötürən brendi və daxili kommunikasiya şöbəsinin baş mütəxəssisi kimi öz təcrübəsini iştirakçılarla bölüşüb. Tədbir zamanı təqdimat hazırlama texnikaları, auditoriya qarşısında çıxış etmə qaydaları, effektiv kommunikasiya üsulları və özünə inamın artırılması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. İştirakçılar həm nəzəri biliklər əldə edib, həm də praktiki nümunələr üzərindən öyrənmək imkanı qazanıblar. Sonda tələbələrin sualları cavablandırılıb və aktiv iştirakçılara təşəkkür edilib.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20