“TGT nədir?” adlı tədbir keçirilib
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə fakültənin I kurs tələbələrinin iştirakı ilə “TGT nədir?” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi yeni qəbul olunmuş tələbələrin fakültə mühitinə daha tez uyğunlaşmasına dəstək göstərmək, onların fikir və təkliflərini dinləmək, həmçinin tələbələrin fakültənin ictimai və elmi fəaliyyətlərinə cəlb olunmasına şərait yaratmaq olub. Görüş çərçivəsində tələbələrlə interaktiv müzakirələr aparılıb, müxtəlif sual-cavab sessiyaları təşkil edilib və təşkilatın fəaliyyəti barədə videoçarxlar nümayiş edilib. İştirakçılar öz ideya və təşəbbüslərini təqdim edərək fakültənin sosial və elmi həyatında daha fəal iştirak etmək istəklərini ifadə ediblər. Səmimi və dinamik mühitdə baş tutan tədbir tələbələrin motivasiyasının artırılmasına, həmçinin gələcək fəaliyyətlər üçün yeni ideyaların formalaşmasına töhfə verib. Görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.