TGT-nin təşkilatçılığı ilə psixoloji təlim-seminar keçirildi
Bakı Dövkət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Motivasiya düşürsə, nə etməli?” adlı psixoloji təlim-seminar keçirilib. Təlimin əsas məqsədi iştirakçılara şəxsi və peşəkar həyatlarında uğur qazanmaq üçün daxili motivasiyalarını tapmaq, özünəinamı gücləndirmək və hədəflərinə fokuslanmaqda kömək etmək idi. Seminar psixoloq Könül Qocayeva tərəfindən aparılmışdır. Təlimə “Motivasiya nədir?” sualı ilə başlayan psixoloq qeyd etmişdir ki, əsas məqsəd iştirakçıların daxili motivasiya alovunu gücləndirmək, yeni baxış bucaqları qazandırmaq və onlara müsbət enerji verməkdir. O vurğulamışdır ki, uğur – dəfələrlə yıxılıb yenidən qalxmaq, yorulmadan davam etmək və ən əsası, özünə inanmaqdan keçir. Təlim zamanı gənclər daxili gücü kəşf etməyin yolları, məqsəd qoymağın incəlikləri və həyatdakı çətinliklərə fərqli baxış bucağından yanaşma üsulları ilə tanış olublar. Təlim interaktiv müzakirələr və psixoloqla iştirakçılar arasında sual-cavab sessiyası ilə davam edib. Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkilmişdir.