TGT-nın təşkilatçılığı ilə növbəti seminar keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Özümüzü nə qədər tanıyırıq?” adlı psixoloji təlim-seminar keçirilmişdir. Seminarım keçirilməsi tələbələrin fərdi inkişafı, onların sağlam inkişafa təşviqi və sosial həyata inteqrasiyasına kömək etmək məqsədlidir. Bu gənclərin maarfinləndirilməsində və sağlam gələcəyin inkişafında mühim rola malikdir. Seminar Azərbaycan Milli Elmlər Akademiyası, Memarlıq və İncəsənət İnstitutu - elmi işçisi Zülfiyyə Vəliyeva tərəfindən keçirilmişdir. Seminarın əsas məqsədi iştirakçılara öz daxili potensiallarını, emosional vəziyyətlərini və şəxsiyyət xüsusiyyətlərini daha yaxından tanımaq imkanı yaratmaq idi. Tədbirdə iştirakçılara özünüdərk metodları, introspeksiya texnikaları, emosional intellektin rolu, həmçinin şəxsiyyətin formalaşmasına təsir edən sosial və fərdi amillər barədə məlumat verildi. Daha sonra məruzəçi özünü tanımada 5 qızıl qaydanı nitqində vurğuladı. Çətin situasiyaya düşən zaman Niyə? yox Nə? sualını verməyin, zəif yönlərini qəbul etməyi, özünlə üzləşməyin əsas olduğunu bildirib. Psixosomatika psixoloji vəziyyətin (emosiyalar, stress, daxili konfliktlər) bədən sağlamlığına təsirini öyrənən elmi sahəsi haqqında da söhbətlər oldu. Məruzəçi iştirakçılara 7 günlük özünütanıma planı təqdim etdi. Eyni zamanda praktik tapşırıqlar və interaktiv müzakirələr seminarın əsas hissəsini təşkil etdi. Sonda isə xatirə fotosu çəkilmişdir.