Türkiyənin Ege Universiteti ilə online görüş keçirilib
Bakı Dövlət Universitetinin Kimya fakültəsi ilə Türkiyənin Ege Universitetinin Kimya texnologiyası bölümü arasında Zoom proqramı üzərindən online görüş keçirilmişdir. Görüşdə Kimya fakültəsinin dekanı Fuad Kərimli, dekan müavinləri Farid Nağıyev, Natəvan Mahmudova, Neft kimyası kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov, Ege Universitetinin dekanı Sevil Şener, dekan müavinləri Aydın Cihanoğlu və Burak Yıldız iştirak etmişdir. Tədbir iştirakçıları tərəfindən sənaye əhəmiyyətli birgə layihələlərin hazırlanması, müəllim və tələbələrin qarşlıqlı təcrübə keçməsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.