Ümumi və qeyri-üzvi kimya kafedrasında Elmi seminar keçirildi

Kimya fakültəsinin Ümumi və qeyri-üzvi kimya kafedrasının dosenti Rəna Abbasovanın “Qrafen, sintezi, xüsusiyyətləri və tətbiqləri” mövzusunda Elmi seminarı keçirildi. Rəna Abbasova çıxış edərək bildirdi ki, qrafen, karbon atomlarının altıbucaqlı bal pətəyi şəklində düzüldüyü, 2D strukturuna malik möhkəm, şəffaf və yüksək keçirici materialdır. Mexaniki aşınma (skotç üsulu), kimyəvi buxar çökdürülməsi (CVD) və ultrasəs aşındırma (sonikasiya) ilə sintez olunur. Elektrokimyəvi aşındırma üsulu ilə qrafenin sintezi ətraflı araşdırıldı. Elektronika, sensorlar, batareyalar və tibb sahələrində inqilabi tətbiqlərə malikdir. Seminar qarşılıqlı müzakirələr, iştirakçıların suallarının cavablandırılması və gələcək tədqiqat perspektivlərinin müəyyənləşdirilməsi ilə yekunlaşmışdır.