Ümumi və qeyri-üzvi kimya kafedrasında Elmi seminarı keşirilmişdir

Kimya fakültəsinin Ümumi və qeyri-üzvi kimya kafedrasında professor Nağı Yaqubovun 27 mart “Elm Günü”-nə həsr olunmuş “Radioaktiv maddələr və radioaktiv çirklənmə problemləri” mövzusunda Elmi seminarı keşirilmişdir. Nağı Yaqubov çıxış edərək bildirdi ki, müasir dövrdə yer kürəsində ətraf mühiti çirkləndirən əsas məsələlərdən biridə radioaktiv çirklənmədir. Yer kürəsində radiasiya fonnunu artıran radioaktiv çirklənmə ilə yanaşı, günəşin ultrabənövşəyi şüaları, neftlə birlikdə çıxan buruq sularında olan radioaktiv xassəli ağır metal zərrəcikləri, palçıq vulkanı ilə birlikdə çıxan radiaktiv maddələr və kosmik şüalardır. Eyni zamanda müasir dövrdə radioaktiv maddələrin saflaşdırılması, atom elektrik stansiyalarında baş verən qəzalar və mümkün sızmalar (məsələn, Fukushima Daiichi Nuclear Power Plant hadisəsi kimi nümunələr), son illərdə palçıq və digər vulkanların aktivliyinin artması, neft sənayesində hasilatın genişlənməsi və yeni yataqların istismara verilməsi, eləcə də Günəşdə baş verən güclü partlayışlar və tac kütlə atılmaları nəticəsində kosmik radiasiyanın intensivləşməsi ümumi radiasiya fonuna təsir göstərə bilən amillərdir. Bu baxımdan, radiasiya təhlükəsizliyinin təmin olunması, ətraf mühitin radioloji monitorinqinin mütəmadi aparılması, texnogen və təbii mənbələrdən yayılan ionlaşdırıcı şüalanmanın səviyyəsinin normativ hədlər çərçivəsində saxlanılması və əhalinin sağlamlığının qorunması məsələsi dövlətin ekoloji təhlükəsizlik və milli təhlükəsizliyidir. Radiasiya fonunun artması həm təbii, həm də texnogen amillərlə bağlı kompleks problemdir. Bu səbəbdən çıxış yolu yalnız bir istiqamətdə deyil, monitorinq, texnoloji təhlükəsizlik, qanunvericilik, elmi tədqiqat və ictimai maarifləndirmənin inteqrasiyası yolu ilə mümkündürunu artıran əsasən günəşin ultrabənövşəyi birlikdə çıxan radiaktiv maddələr və kosmik şüalardır. Qarşılıqlı müzakirədən sonra, elmi seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.