Universitetin Genetika və Təkamül Muzeyinə ekskursiya təşkil olunub
10 Dekabr 2025 09:55

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici ekskursiya təşkil edilib. Ekskursiya çərçivəsində tələbələr Universitetin Genetika və Təkamül Muzeyini ziyarət edərək burada canlı aləmin inkişaf mərhələləri ilə yaxından tanış olublar. Muzeyin əməkdaşı Ümid Məlikov tələbələrlə görüş zamanı ilk olaraq muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri və elmi əhəmiyyəti haqqında məlumat verib. O, muzeyin formalaşma prosesindən danışaraq burada saxlanılan müxtəlif heyvan eksponatlarının təkamül biologiyası baxımından rolunu izah edib. Tələbələrə həmçinin Azıxantrop, Sinantrop kimi qədim insan modellərini nümayiş etdirərək insanın təkamül mərhələləri, qədim insan növlərinin xüsusiyyətləri və onların yaşadığı dövrlər barədə tələbələrə ətraflı açıqlamalar təqdim edilib. Bundan əlavə, ekskursiya zamanı tələbələrə insan və heyvan rüşeymlərinin inkişaf dövrləri vizual şəkildə göstərilib. Bu izahlar tələbələrin biologiya və təkamül elmi haqqında daha dolğun təsəvvür formalaşdırmasına kömək edib. Ekskursiya tələbələr üçün həm nəzəri biliklərini möhkəmləndirmək, həm də real eksponatlar üzərində elmi prosesi izləmək baxımından olduqca faydalı və maraqlı keçib.
Son XƏBƏRLƏR
30.06.2026 | 21:11
Kimya fakültəsində bakalavriatura səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır
30.06.2026 | 20:54
İkili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub
24.06.2026 | 21:45
BDU QİDA KİMYASI ÜZRƏ MÜTƏXƏSSİS HAZIRLIĞINA BAŞLAYIR
03.06.2026 | 15:16
Kimya fakültəsinin tələbələri Xankəndi və Şuşa şəhərlərinə təşkil olunan ekskursiyada fəal iştirak ediblər
25.05.2026 | 11:29