Üzvi kimya kafedrasında “Elm Günü”-nə həsr olunmuş elmi seminar keçirildi
-lg.jpg)
Üzvi kimya kafedrasında “Elm Günü”-nə həsr olunmuş elmi seminar keçirilmişdir. Kafedranın magistrantı Xəlilova Aybəniz “Triazopentadien (TAP) komplekslərinin (Cu (ll) və Zn(ll)) sintezi və bioloji aktivliklərinin öyrənilməsi” mövzusunda ətraflı məlumat verdi. Metalları və həlledicinin dəyişməsi ilə TAP komplekslərində yaranan fərqlər, rəng dəyişiklikləri barədə, kristalların əmələ gətirdiyi ansambllardakı qeyri-kovalent əlaqələr haqqında geniş müzakirə aparıldı. Tədqiqat zamanı istifadə olunan kompyuter proqramlarının üstünlükləri, onlardan əldə olunan nəticələrin etibarlılığı vurğulandı. Sintez olunan birləşmələrdən gələcəkdə dərman maddəsi kimi tətbiq oluna biləcəyi ehtimal olunur. Qarşılıqlı müzakirədən sonra seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.