Üzvi kimya kafedrasında elmi seminar keçirildi

01.10.2025-ci il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi kimya kafedrasının sabiq doktorantı, Bağırova Xanım Natiq qızının “Halogenləşmiş diazabutadienlərin supramolekulyar xassələrinin öyrənilməsi” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan fakültənin elmi işlər üzrə dekan müavini Farid Nağıyev iştirakçıları salamlamış və elmi seminarın əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Bağırova Xanım halogenləşmiş diazabutadienlərin sintezi, quruluşu və supramolekulyar xassələrinə qeyri-kovalent halogen-halogen əlaqələrinin təsiri barədə geniş məlumat vermişdir. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.