Üzvi kimya kafedrasında növbəti elmi seminar keçirildi

"Elm Günü" ilə əlaqədar Kimya fakültəsinin Üzvi kimya kafedrasının nəzdində olan “Zərif üzvi sintez” ETL-nın elmi işçisi, həmçinin sabiq doktorantı Qacar Aytən Müzəffər qızının “Dihalogendiazadienlərin sintezində funksional qrupların reaksiya istiqamətinə təsiri” mövzusunda elmi seminarı keçirilmişdir. Məruzəçi Qacar Aytən tədqiqat işi haqqında məlumat verdi. Tədqiqat işi müxtəlif benzaldehid və fenilhidrazinlər əsasında sintez edilmiş fenilhidrazonlardan katalitik olefinləşmə reaksiyası şəraitində dihalogendiazadienlərin alınması zamanı reaksiya istiqamətinə təsir edən amillərin araşdırılması və alınmış nəticələr haqqındadır. Elmi seminarda katalitik olefinləşmə reaksiyası zamanı reaksiya istiqamətinə təsir edən amillər və əldə olunmuş nəticələr haqqında danışıldı. Alınan nəticələr elmi tədqiqat işinin nə qədər aktual olduğunu bir daha göstərir. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir. Tədbir qarşılıqlı müzakirədən sonra sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.