Üzvi kimya kafedrasında növbəti seminar keçirildi
06.11.2024-cü il tarixində Bakı Dövlət Üniversitetinin Kimya fakultəsinin Üzvi kimya kafedrasının sabiq doktorantı Əliyeva Güllü Muraz qızının “Propenil-, allilfenollar və piridin növ birləşmələr əsasında fizioloji aktiv maddələrin sintezi” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan dekan müavini Farid Nağıyev iştirakçıları salamlamış, kafedralarda görülən işlər və elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Güllü Əliyeva sintez etdiyi müxtəlif quruluşlu dördlü ammonium duzlarını, eləcə də onların müxtəlif mühitlərdə korroziyaya qarşı və dərman preparatları kimi xassələrinin tədqiqi barədə geniş məlumat vermişdir. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.