"Valideyn-övlad münasibətləri" adlı təlim baş tutub
5 Dekabr 2024 11:38

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru Tələbə Gənclər Təşkilatı (TGT) ilə birgə Kimya fakültəsində “Valideyn-övlad münasibətləri” adlı təlim keçirib.
Sektorun psixoloqu İlkanə Mənsumova tələbələrə valideynlərlə münasibətlərdə yaranan çətinliklərin aradan qaldırılmasına kömək edən məlumatlar verib. Təlimdə valideyn-övlad ünsiyyəti, münasibətlərdə yaranan çətinliklər və onların aradan qaldırılma yolları müzakirə olunub. Eyni zamanda ətrafa, cəmiyyətə qarşı münasibətdə valideynlərin rolu təhlil edilib.
Valideynlərlə ünsiyyətin şəxsin xarakterinin formalaşmasına təsiri haqqında geniş müzakirə aparılıb.
Son XƏBƏRLƏR
02.11.2026 | 16:31
Bir qrup müəllim və şagirdinin Kimya fakültəsinə ekskursiyası təşkil olunub
02.11.2026 | 16:24
“Xarı bülbülün zəfər nəğməsi” adlı tədbir keçirilib
30.10.2026 | 16:26
Üzvi kimya kafedrasının əməkdaşlarının elmi-tədqiqat layihəsi müsabiqənin qalibi olub
28.10.2026 | 13:57
8 Noyabr - Zəfər Gününün 6-cı il dönümü münasibəti ilə Hərbi Memorial Məzarlığa yürüş keçirilib
27.10.2026 | 13:17