“WUF13 Youth Simulation” adlı interaktiv simulyasiya tədbiri keçirildi
13 Aprel 2026 16:37

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “WUF13 Youth Simulation” adlı interaktiv simulyasiya tədbiri keçirildi. Tədbirin əsas məqsədi gənclərin şəhərsalma və ekoloji problemlərin həlli istiqamətində yanaşmalarını nümayiş etdirmək idi. Simulyasiyada dünyanın müxtəlif ölkələrini təmsil edən aktiv tələbələr iştirak etdilər. Azərbaycan, ABŞ, Türkiyə, Danimarka, Fransa, Norveç, İtaliya, Almaniya, Çin, Portuqaliya, Birləşmiş Krallıq, Braziliya, BƏƏ, Yaponiya, Niderland, Hindistan, Kanada, İsveçrə və İndoneziyanın təmsilçiləri, həmçinin simulyasiyanın moderatorları tədbirdə yer aldılar. Hər bir iştirakçı təmsil etdiyi ölkənin ekoloji problemlərini təhlil edərək, bu problemlərin həlli üçün hazırladıqları şəhərsalma modelləri və layihələri təqdim etdi. Simulyasiya zamanı iştirakçılar qlobal ətraf mühit və şəhərsalma problemləri ətrafında geniş fikir mübadiləsi apardılar. Davamlı şəhər inkişafı, təbii resursların qorunması, təmiz enerji istifadəsi və ekoloji cəhətdən dayanıqlı şəhər infrastrukturlarının qurulması kimi mövzularda öz yanaşmalarını bölüşdülər. Tədbir tələbələrə beynəlxalq əməkdaşlıq mühitində iştirak etmək, problem həll etmə bacarıqlarını inkişaf etdirmək və qlobal çağırışlara birgə yanaşma formalaşdırmaq imkanı yaratdı. Sonda iştirakçılarla xatirə şəkli çəkildi.
Son XƏBƏRLƏR
30.06.2026 | 21:11
Kimya fakültəsində bakalavriatura səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır
30.06.2026 | 20:54
İkili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub
24.06.2026 | 21:45
BDU QİDA KİMYASI ÜZRƏ MÜTƏXƏSSİS HAZIRLIĞINA BAŞLAYIR
03.06.2026 | 15:16
Kimya fakültəsinin tələbələri Xankəndi və Şuşa şəhərlərinə təşkil olunan ekskursiyada fəal iştirak ediblər
25.05.2026 | 11:29