“Xaricdə təhsil” mövzusuna həsr olunmuş infosessiya keçirildi

Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə “Xaricdə təhsil” mövzusuna həsr olunmuş infosessiya keçirilmişdir. Tədbirin məqsədi tələbələri xaricdə təhsil imkanları barədə məlumatlandırmaq və onların akademik inkişafına dəstək olmaqdır. İnfosessiya Baku City Academy təhsil şirkətinin əməkdaşı Fatimə Cəlilova tərəfindən aparılmışdır. O, müxtəlif ölkələrin təhsil sistemləri, qəbul qaydaları, ixtisas seçimi və müraciət prosesi, eləcə də təqaüd proqramları, maliyyələşdirmə imkanları, motivasiya məktubu və CV hazırlanması barədə məlumat vermişdir. Tədbir interaktiv şəkildə keçmiş, tələbələr suallarına ətraflı cavablar almışlar. Bu cür maarifləndirici görüşlər onların gələcək karyera planlamasında mühüm rol oynayır.