“Xocalı soyqırımı” adlı tədbir keçirilib
24.02.2023-cü ildə Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin ortaq təşəbbüsü ilə “Xocalı soyqırımı” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Xocalı soyqırımında həyatını itirmiş soydaşlarımızın, Vətən uğrunda canından keçmiş şəhidlərimizin və Türkiyə Cumhuriyyətində zəlzələ nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov 1992-ci il fevralın 26-sı gecə saatlarında ermənistan silahlı qüvvələrinin rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirilən etik təmizlənmə, soyqrım siyasətindən, erməni vəhşilikləri barədə məlumat verdi. O bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın dəstəyi ilə Rəşadətli Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində öz qanları ilə tariximizin şanlı səhifəsini yazdılar. Şəhidlərimizin, Xocalı soyqrımı qurbanlarının qisası alındı. Tədbirdə Kimya fakültəsinin elmi işçisi Əhməd Əhmədov, Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli, I kurs tələbələri Fidan Əkbərova, Xədicə Hüseyn, Dəniz Seyideliyeva tərəfindən Xocalı soyqrımının qanlı tarixindən, Xocalı sakinlərinə qarşı törədilən vəhşiliklərdən, beynəlxalq aləmin laqeyd münasibətindən, Xocalı soyqrımı ilə bağlı olan yalan məlumatların yayılmasından və onlarla mübarizə üsullarından,Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında danışıldı. Tədbirin sonunda Kimya fakültəsinin birinci kurs tələbəsi Nailə Tağıyeva Xocalı soyqırımına həsr olunmuş şeiri səsləndirmişdir.