“YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiya təşkil olunub
24 Aprel 2026 12:04

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “YARAT” Müasir İncəsənət Mərkəzinə ekskursiya təşkil olunub. Ziyarətin əsas məqsədi tələbələrin asudə vaxtını səmərəli dəyərləndirmək, dünyagörüşlərini genişləndirmək və onları müasir incəsənətin müxtəlif istiqamətləri ilə yaxından tanış etmək olub. Ekskursiya zamanı tələbələr mərkəzdə nümayiş olunan “Matrix” sərgisini maraqla izləyiblər. Sərgi çərçivəsində təqdim olunan əsərlər tələbələrdə fərqli təəssüratlar yaradıb. Onlar incəsənətin texnologiya və fəlsəfə ilə vəhdətini əks etdirən instalyasiyalarla tanış olub, əsərlərin mahiyyəti ətrafında müzakirələr aparıblar. Sərginin qeyri-adi konsepsiyası və vizual həlləri tələbələr tərəfindən rəğbətlə qarşılanıb. Səfərin sonunda tələbələr bu maraqlı ekskursiyanı xatirə foto ilə yekunlaşdırıblar.
Son XƏBƏRLƏR
08.07.2026 | 00:25
Kimya fənni üzrə IV Respublika Olimpiadasının qalibləri mükafatlandırıldı
06.07.2026 | 00:20
Kimya fakültəsinin Elmi Şurasının 12 saylı iclası keçirilib
30.06.2026 | 21:11
Kimya fakültəsində bakalavriatura səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır
30.06.2026 | 20:54
İkili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub
24.06.2026 | 21:45