“Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr olunmuş intellektual yarış keçirilib
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gənclik Həftəsi-2” layihəsi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”-nə həsr olunmuş intellektual yarış keçirilib. “Nə? Harada? Nə zaman?” tipli keçirilən intellektual yarış Kimya fakültəsinin ikinci kurs tələbəsi Məlahət Kərimli tərəfindən hazırlanmışdır. İntellektual yarış 10 mövzu və 1 sirli raunddan, ümumilikdə 55 sualdan ibarət olmuşdur. Suallar əsasən ekoloji problemlər, kimya sənayesinin ekologiyaya təsiri və ekoloji problərin beynəlxalq çərçivədə həlli üsullarına əsaslanmışdır. Yarışın qalibi “Mühəndislər” komandası olmuş, sonda qaliblər sertifikat ilə təltif olunmuşlar.