YENİ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANIB
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi və Portuqaliyanın Lissabon Universitetinin Ali Texniki İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni BDU-nun prorektoru Fərda İmanov və Lissabon Universiteti Ali Texniki İnstitutunun prezidenti Rogerio Colaço imzalayıb.
Əməkdaşlıq müqaviləsində Kimya fakültəsi ilə birgə elmi tədqiqat, konfrans, təhsil proqramları və təlimlərin təşkili, həmçinin, bakalavr, magistr və tədqiqatçıların qarşılıqlı mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.Portuqaliyanın Lissabon Universitetinin Ali Texniki İnstitutunun əsası 1911-ci ildə qoyulub, İnstitutda 10987 tələbə təhsil alır. Universitetdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.