“Zirvə” İntellektual Klubunun rəsmi açılış mərasimi keçirildi

Bakı Dövlət Universitetinin Kimya fakültəsində “Zirvə” İntellektual Klubunun rəsmi açılış mərasimi keçirilmişdir. Açılış tədbirində klubun yaradılma məqsədi, fəaliyyət istiqamətləri və gələcək planları haqqında ətraflı məlumat, slayd və videoçarx təqdim olunmuşdur. Klubun əsas hədəfi tələbələrin intellektual inkişafına dəstək olmaq, elmi-tədqiqat fəaliyyətinə marağı artırmaq, analitik düşüncə bacarıqlarını formalaşdırmaq və sağlam rəqabət mühiti yaratmaqdır. “Zirvə” İntellektual Klubu tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, elmi müzakirələrin təşkili, müxtəlif intellektual yarışların və layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcəkdir. İnanırıq ki, bu təşəbbüs universitetin akademik mühitinə dəyərli töhfə verəcək və tələbələrin hərtərəfli inkişafına xidmət edəcəkdir.