2024–2025-ci tədris ili üzrə “Brend tələbə”-lər mükafatlandırılıb
26 Dekabr 2025 12:32

AzEdu.az təhsil portalı tərəfindən tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılması, aktiv gənclərin daha geniş müstəvidə tanıdılması və onların bacarıqlarının digər tələbələrə, eləcə də tələbə olmaq istəyən gənclərə çatdırılması məqsədilə 2024–2025-ci tədris ili üzrə “Brend tələbə”-lər mükafatlandırılıb. “Brend tələbə”-lər ekspert komissiyası tərəfindən müəyyən edilmiş meyarlar əsasında universitetlərlə birgə seçilib. Şərtlərə uyğun olaraq, hər universitetdə professor-müəllim heyətinin və tələbə kollektivinin xüsusi rəğbətini qazanan, akademik və ictimai fəallığı ilə seçilən 10 tələbə “Brend tələbə” adına layiq görülüb. Təltif olunanlar arasında Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi Mehriban Ağabəylidə yer alıb. Mehriban Ağabəyli yüksək təhsil göstəriciləri, fəal ictimai mövqeyi və şəxsi inkişaf yönümlü fəaliyyəti ilə bu ada layiq görülüb. Mehriban xanımı təbrik edirik!
Son XƏBƏRLƏR
16.04.2026 | 15:10
“Qida sənayesində kimya” adlı maarifləndirici tədbir keçirildi
14.04.2026 | 16:36
Aytən Sultanovanın təqdimatında elmi seminar keçirildi
13.04.2026 | 16:37
“WUF13 Youth Simulation” adlı interaktiv simulyasiya tədbiri keçirildi
09.04.2026 | 14:52