Afət xanım Hüseyinovanın 65 illik yubileyidir
-(1)-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşlarının və tələbələrinin böyük rəğbətini və hörmətini qazanan, Üzvi kimya kafedrasının dəyərli professor Afət xanım Hüseyinovanın 65 illik yubileyidir. Afət xanım 1986-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib, 1994-1998-illərdə Kimya fakültəsi «Zərif üzvi sintez» ETL-nin böyük elmi işci, 2015-2018-illərdə Üzvi kimya kafedrasının dosenti, 2018-ci ildən, professorudur. O, mehribanlığı və daim gülümsəyən siması ilə kollektivin və tələbələrin qəlbində xüsusi yer tutur. Afət Hüseyinova 100-dən artıq elmi əsərin müəllifidir (o cümlədən 1 monoqrafiya, 8 patent, 40-dan çox məqalə və tezislər). Elmə verdiyi töhfələr, tələbələrə göstərdiyi qayğı ilə seçilən fakültəmizin hörmətli,sevilən simalarından birinə çevrilmiş Afət xanımı səmimi qəlbdən təbrik edir,cansağlığı, xoşbəxtlik, elmi uğurlar arzulayırıq.