İstehsalat-tədris təcrübəsinin başlanması münasibətilə tədbir keçirilmişdir

BDU-nun Kimya fakültəsində Kimya və Kimya mühəndisliyi ixtisaslarında ixtisaslaşan tələbələrin, eləcə də təcrübə rəhbərlərinin iştirakı ilə istehsalat-tədris təcrübəsinin başlanması münasibətilə tədbir keçirilmişdir. Tədbirdə fakültənin Tədris işləri üzrə dekan müavini Natəvan Mahmudova çıxış edərək tələbələrə uğurlar arzulamış, gələcək karyeralarının qurulması ilə bağlı öz fikirlərini bildirmişdir. Sonra Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov, Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri İbrahim Məmmədov çıxış edərək, istehsalat-tədris təcrübəsi ilə əlaqədar tələbələrə geniş məlumat vermiş və onları təlimatlandırmışdır.