Kimya müəllimliyi ixtisası üzrə ixtisaslaşan IV kurs tələbələrinin pedaqoji təcrübənin başlaması ilə əlaqədar tədbir keçirildi

17 fevral 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Kimya fakültəsində Kimya müəllimliyi ixtisası üzrə ixtisaslaşan IV kurs tələbələri və təcrübə rəhbərlərinin iştikarı ilə pedaqoji təcrübənin başlaması münasibətilə tədbir keçirilmişdir. Tədbirdə fakültənin Tədris işləri üzrə dekan müavini Natəvan Mahmudova çıxış edərək təcrübəci tələbələrin gələcəkdə öz karyeraları qurması baxımından bu pedaqoji təcrübənin əhəmiyyətindən danışmış və onlara uğurlar arzulamışdır. Sonra Kimyanın tədrisi metodikası kafedrasının müdiri Xəlil Nağıyev çıxış edərək pedaqoji təcrübə ilə əlaqədar tələbələrə geniş məlumat vermiş və onları təlimatlandırmışdır. Daha sonra tələbələr pedaqoji təcrübələrin keçiriləcəyi təhsil müəssisələri və həmin müəssisələr üzrə tələbələrin siyahısı və təcrübə rəhbərləri haqqında məlumat verilmişdir.