Nərgiz xanım Əhmədovanın 65 illik yubileyidir.
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşlarının və tələbələrinin böyük rəğbətini və hörmətini qazanan, "Kataliz və qeyri-üzvi sintez" elmi tədqiqat laboratoriyasının elmi işçisi Nərgiz xanım Əhmədovanın, doğum günü, 65 illik yubileyidir. Nərgiz xanım 1983-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib. O, mehribanlığı və daim gülümsəyən siması ilə kollektivin və tələbələrin qəlbində xüsusi yer tutur. Nərgiz xanım 1 dərslik, 150-dən çox elmi əsərin müəllifidir. Elmə verdiyi töhfələr, tələbələrə göstərdiyi qayğı ilə seçilən, fakültəmizin hörmətli, sevilən simalarından birinə çevrilmiş Nərgiz xanımı səmimi qəlbdən təbrik edir,cansağlığı, xoşbəxtlik, ailə səadəti və elmi uğurlar arzulayırıq.